Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çinarənin atasının dəfn olunacağı yer açıqlandı

Çinarənin atasının dəfn olunacağı yer açıqlandı

Tarix: 30 Noyabr 2023 14:55

Müğənni Çinarə Məlikzadənin atası Məlik Məlikzadənin dəfn olunacağı yer açıqlanıb.

Milli.Az azxeber-ə istinadla bildirir ki, mərhum bu gün saat 13:00-da "Qurd qapısı" qəbirstanlığında dəfn olunacaq. Bu barədə aparıcı Hacı Nuran Hüseynov məlumat yayıb.

Aparıcı onu da qeyd edib ki, dünən sənətçinin atasının ölüm xəbərini alan kimi hadisə yerinə yollanıb və acı mənzərə ilə qarşılaşıb:

"Dünən xəbəri eşidən kimi Nərimanov metrostansiyasına getdim. Mənzərəni görmək çox ağır idi. Çünki doğmaları, xüsusən də Çinarə atasının qəfil ölüm xəbərinin şokunda idi. Deyilənə görə, Məlik müəllim metroda ikən qəfil yıxılıb. Əslində, çox sağlam adam idi.  Amma görünən odur ki, heç kim əcəlin nə vaxt gələcəyini bilmir. O da xəbərsiz olub hər şeydən. Eləcə durduğu yerdə dünyasını dəyişib".

Milli.Az


Etiketlər:  Çinarənin atasının dəfn olunacağı açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ