Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2023 21:02
Fələstinin "cəsur qızı" kimi tanınan Ahed Tamimi sərbəst buraxılıb.
Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsrail ilə Həmas arasında gərginliyin davam etdiyi Qəzzada tərəflər arasında müvəqqəti atəşkəs üçüncü dəfə uzadılıb.
Tərəflər arasında əsir mübadiləsi davam edərkən, İsrail tərəfindən azad edilən 14 qadın və 16 uşaq olmaqla 30 fələstinli məhbus ailələri ilə görüşüb.
Sərbəst buraxılanlar arasında oktyabrın 7-dən sonra İsrail əsgərlərinin saxladığı "cəsur fələstinli qız" Ahed Tamimi də var.
Ahed Tamiminin azadlığa buraxılması Fələstin ictimaiyyətində sevinc dalğası yaradıb.
Xatırladaq ki, Təmimi İsrail əsgərinə xəsarət yetirdiyi üçün 2017-ci ildə həbs edilmişdi. O zamandan onu fələstinlilər "cəsur qız" adlandırıb.