Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan XİN: “Azərbaycanla sülh müqaviləsini yekunlaşdırmaq üçün danışıqlara hazırıq”

Ermənistan XİN: “Azərbaycanla sülh müqaviləsini yekunlaşdırmaq üçün danışıqlara hazırıq”

Tarix: 30 Noyabr 2023 23:36

"Ermənistan sülh müqaviləsini yekunlaşdırmaq üçün Azərbaycanla danışıqlara və Cənubi Qafqazda təhlükəsizliyin yaxşılaşdırılması üçün əməli addımlar atmağa hazırdır".

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bunu Skopye şəhərində ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

O xatırladıb ki, Ermənistan müəyyən prinsiplərə əsaslanan sülh sazişinin bağlanmasının tərəfdarıdır.

"Bu, Bakı və İrəvan tərəfindən bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması; MDB-nin prinsipləri və məqsədləri haqqında 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası və sonrakı demarkasiyası; ölkələrin suverenliyi, yurisdiksiyası, qanunvericiliyi, bərabərliyi və qarşılıqlı tanınması əsasında regionda kommunikasiyaların açılmasıdır. Ermənistan tərəfi sadalanan prinsiplərə sadiqliyini bir daha təsdiqləyir və bu istiqamətdə praktiki addımlar atmağa hazır olduğunu nümayiş etdirir", - o əlavə edib.

Ermənistan xarici işlər naziri həmçinin ölkəsinin yaxın həftələrdə Türkiyə ilə sərhədin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması qərarını həyata keçirməyə hazır olduğunu təsdiqləyib.


Etiketlər:  Ermənistan XİN Azərbaycanla sülh müqaviləsini yekunlaşdırmaq üçün danışıqlara hazırıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ