Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada bazar yandı - VİDEO

Rusiyada bazar yandı - VİDEO

Tarix: 1 Dekabr 2023 07:34

Rusiyanın Rostov vilayətinin ən böyük geyim bazarı "Temernik"də yanğın baş verib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, yanğın təxminən dörd min kvadrat metr ərazini əhatə edib. İlkin məlumata görə, yanğın ticarət pavilyonlarından birində başlayıb, sonra digərlərinə keçib.

Yanğınsöndürənlərə kömək üçün polis və xüsusi təyinatlılar (OMON) Temernik bazarına yeridilib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Rusiya Federasiyasının Rostov vilayəti üzrə baş idarəsi məlumat yayıb.

"Bazarda yanğın lokallaşdırılıb", - qurumdan bildirib.

Bundan əlavə, Fövqəladə Hallar Nazirliyi "Temernik" bazarında baş verən yanğın zamanı xəsarət alanların olmadığını bildirir.


Etiketlər:  Rusiyada bazar yandı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ