Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2023 08:14
Dominikan Respublikasının cənubundakı Barahona əyalətində həkimlər tərəfindən vəbaya azı 29 yoluxma hadisəsi qeydə alınıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prensa Latina agentliyi məlumat yayıb.
Yoluxmuş 26 nəfər Haiti vətəndaşı, daha üç nəfər isə yerli sakindir. Dominikan Respublikasının Səhiyyə Nazirliyi bildirir ki, vəba əleyhinə peyvənd proqramı çərçivəsində 67 mindən çox peyvənd çatdırılıb və daha 50 min doza dərman alınması planlaşdırılır.
Ötən il Dominikanın qonşusu Haitidə vəba epidemiyası başlayıb. Bu xəstəlikdən mindən çox insan ölüb.