Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı voleybolçu kritik vəziyyətdə Bakıya gətirildi - Əməliyyat edildi - FOTO

Azərbaycanlı voleybolçu kritik vəziyyətdə Bakıya gətirildi - Əməliyyat edildi - FOTO

Tarix: 1 Dekabr 2023 15:32

Azərbaycan millisinin və "Xarı Bülbül" (Şuşa) klubunun voleybolçusu Tural Həsənli əməliyyat olunub.

Milli.Az xəbər verir ki, bu barədə klub rəsmi feysbuk hesabında paylaşım edib.

33 yaşlı oyunçunun "Panatinaikos"a qarşı Çelenc Kubokunun 1/16 final mərhələsinin Yunanıstandakı cavab oyunu ərəfəsində səhhətində problem yaranıb.

Həsənli kritik vəziyyətdə Bakıya çatdırılıb və hava limanından birbaşa xəstəxanaya yerləşdirilib. Daxili qanaxması olan voleybolçunun bağırsağından ağır əməliyyat keçirdiyi vurğulanıb. Hazırda onun durumunun qənaətbəxş olduğu bildirilib.

Qeyd edək ki, "Xarı Bülbül" "Panatinaikos"a 1:3 hesabı ilə uduzaraq yarışda mübarizəni dayandırıb.

Milli.Az


Etiketlər:  Azərbaycanlı voleybolçu kritik vəziyyətdə Bakıya gətirildi Əməliyyat edildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ