Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aktrisa üsyan etdi: "Sevgi ilə bəslənən qadın idim" - FOTO

Aktrisa üsyan etdi:

Tarix: 2 Dekabr 2023 05:40

"İmtahan" serialında canlandırdığı İnci rolu ilə məşhurlaşan aktrisa Üzel Kərimova keçmişdə etdiyi səhvlərindən söz açıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, instaqramda yeni fotolarını paylaşan kino ulduzu daxili üsyanını izləyiciləri ilə bölüşüb və özünü sevməyi öyrənməyə başladığını vurğulayıb.

"Bilirəm... bir gün özümü, özümə elədiyim haqsızlılar səbəbi ilə bağışlamayacam.

Necə qıya bilmişəm özümə?! Necə tutduğum əllərimi buraxmışam?! Necə büdrəməyimə icazə vermişəm?! Qəlbim necə qırıla bilib?! Kim olub onu qıran?! Mənim üçün kim olub axı?! Özümü niyə hər kəsdən daha az sevmişəm?! Niyə özümə şans vermək yerinə, başqa həyatları dəyərləndirmişəm?! Nə olub məni kor edən?! Özümə niyə kar olmuşam?! Səssiz qışqırıqlarımı niyə eşitməmişəm?! Niyə keyimişəm?! Ruhu sevgi ilə bəslənən qadın idim mən, nəyə təslim olmuşam?!

Ən əsası.. ən əsası isə niyə bu qədər gec oyanmışam?! Bəlkə də, hələ heç oyanmamışam!", - aktrisa qeyd edib.

Qeyd edək ki, aktrisa 2018-ci ildə Talha Güneri adlı türk vətəndaşı ilə ailə qurub. Cütlük instaqramda bir-birini izləsə də, hesablarından birgə fotolarını siliblər, bundan başqa ayrıldığı iddia edilən aktrisa uzun müddətdir həyat yoldaşı ilə bağlı heç bir paylaşım etmir.

Milli.Az


Etiketlər:  Aktrisa üsyan etdi Sevgi ilə bəslənən qadın idim FOTO


RƏYLƏR