Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2023 12:44
Britaniya kralı III Çarlz BMT-nin Dubayda keçirilən iqlimlə bağlı konfransına (COP28) Yunanıstan bayrağını xatırladan mavi-ağ rəngli qalstukla gedib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Böyük Britaniya və Yunanıstan arasında diplomatik qalmaqal fonunda kralın bu addımı atması maraqla qarşılanıb.
Qeyd edək ki, sözügedən insident noyabrın sonunda baş verib. Bu zaman Britaniyanın Baş naziri Rişi Sunak yunan həmkarı Kiriakos Mitsotakislə görüşünü son anda ləğv edib. Buna səbəb Mitsotakisin Londona səfəri zamanı yerli mediaya açıqlamasında Parfenon heykəllərinin Britaniya Muzeyindən Yunanıstana qaytarılması barədə danışması olub. "The Telegraph" qəzetinin məlumatına görə, britaniyalı nazir həmkarının bu məsələ barədə danışmasından məyus olub. Bildirilir ki, burada söhbət XIX əsrdə ölkədən Londona aparılan heykəllərdən gedir. Yunanıstan bu heykəllərin ölkəyə qaytarılmasına çalışır.