Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əli Əsədov BƏƏ-nin Vitse-prezidentini təbrik edib

Əli Əsədov BƏƏ-nin Vitse-prezidentini təbrik edib

Tarix: 2 Dekabr 2023 15:03

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 2-də Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı - Müstəqillik Günü münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Maktuma təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, məktubda bildirilir ki, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərini qarşılıqlı etimad və dəstəyə əsaslanan dostluq münasibətləri, ortaq dini və mədəni dəyərlər birləşdirir. Bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası əlaqələrin bu gün müvəffəqiyyətlə inkişaf etdiyi qeyd olunur, investisiya, iqtisadi-ticari, bərpaolunan enerji, turizm sahələrində əməkdaşlığın son vaxtlar genişlənməsi xüsusi vurğulanır.

Məktubda, həmçinin Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin bir çox istiqamətlər üzrə yaxşı perspektivlərinin olduğu qeyd edilərək qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin bundan sonra da iki ölkənin xalqlarının rifahına töhfələr verəcəyinə əminlik ifadə olunur.

Milli.Az


Etiketlər:  Əli Əsədov BƏƏ nin Vitse prezidentini təbrik edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ