Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2023 17:14
"Bavariya" və "Union" (Berlin) komandaları arasında bu gün keçirilməsi planlaşdırılan Almaniya Bundesliqasının XIII tur oyunu təxirə salınıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, buna Münhen şəhərindəki hava şəraiti səbəb olub.
Matç güclü qarın yağması səbəbindən ertələnib. Qarşılaşmanın hansı tarixdə gerçəkləşəcəyi hələlik bəlli deyil.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 18:30-da başlanmalı idi.