Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kərim Vəliyevin Kəlbəcərə getməsi Ayrapetyanı qorxutdu

Kərim Vəliyevin Kəlbəcərə getməsi Ayrapetyanı qorxutdu

Tarix: 3 Dekabr 2023 15:12

Aərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyevin Ermənistan ilə sərhəd Gədəbəy, Daşkəsən və Kəlbəcər istiqamətlərində yerləşən hərbi hissələrdə olması erməni ekspert, azərbaycanşünas kimi təqdim edilən Tatevik Ayrapetyanı "narahat edib".

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Kərim Vəliyevin səfərindən MN-in yaydığı videonu paylaşan Ayrapetyan yazıb:

"Bu, bir daha sübut edir ki, Azərbaycanın planı var və bunun qarşısını ancaq dövlətyönlü hökumət formalaşdırmaqla, peşəkar diplomatiya aparmaqla almaq olar".

Qeyd edək ki, Ermənistanın müdafiə naziri Suren Papikyan vaxtaşırı olaraq sərhədimizə gəlir və hərbi hissələrdə görüş keçirir, ancaq Azərbaycanda bu, qorxu ilə qarşılanmır.


Etiketlər:  Kərim Vəliyevin Kəlbəcərə getməsi Ayrapetyanı qorxutdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ