Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BDU və universitetin Həmkarlar İttifaqı Komitəsi arasında kollektiv müqavilə imzalanıb (FOTO)

BDU və universitetin Həmkarlar İttifaqı Komitəsi arasında kollektiv müqavilə imzalanıb (FOTO)

Tarix: 6 Noyabr 2019 20:24

Bakı. Trend:

Bu gün Bakı Dövlət Universiteti (BDU) və universitetin Həmkarlar İttifaqı Komitəsi arasında kollektiv müqavilə imzalanıb.

BDU-dan Trend-ə verilən məlumata görə, rektor Elçin Babayev müqavilənin Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi arasında bağlanmış sazişin əsasında imzalandığını qeyd edib. O, müqavilənin BDU və BDU HİK arasında qarşılıqlı əlaqələrin sosial tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsinə təkan verəcəyini bildirərək, universitetin hər zaman Həmkarlar İttifaqı Komitəsinin yanında olduğunu vurğulayıb. Rektor həmçinin BDU-dakı yeniliklərdən və 100 illik yubileyə hazırlıq proseslərindən də bəhs edib.

Daha sonra çıxış edən BDU Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn Məmmədov göstərdiyi etimada görə rektor Elçin Babayevə təşəkkürünü bildirib və BDU HİK-in hər zaman universitet əməkdaşlarının sosial, hüquqi, mənəvi mənafelərini qoruduğunu, imzalanan müqavilənin də bu əməkdaşlığa stimul olacağına əminliyini ifadə edib.

Qeyd edək ki, kollektiv müqavilə BDU-nun sosial-iqtisadi inkişafı istiqamətləri, peşə qrupları, təhsil işçiləri üçün layiqli, təhlükəsiz əmək şəraiti, əmək haqqı, sosial təminatları və əlavə imtiyazları müəyyən etmək məqsədilə imzalanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

BDU və universitetin Həmkarlar İttifaqı Komitəsi arasında kollektiv müqavilə imzalanıb (FOTO) BDU və universitetin Həmkarlar İttifaqı Komitəsi arasında kollektiv müqavilə imzalanıb (FOTO) BDU və universitetin Həmkarlar İttifaqı Komitəsi arasında kollektiv müqavilə imzalanıb (FOTO) BDU və universitetin Həmkarlar İttifaqı Komitəsi arasında kollektiv müqavilə imzalanıb (FOTO)


Etiketlər:  universitetin Həmkarlar İttifaqı Komitəsi arasında kollektiv müqavilə imzalanıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ