Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xalq artistlərinin HALALLIQ DAVASI: “Zeynəb Xanlarova Ələkbər Tağıyevə dedi ki...”

Xalq artistlərinin HALALLIQ DAVASI: “Zeynəb Xanlarova Ələkbər Tağıyevə dedi ki...”

Tarix: 4 Dekabr 2023 16:36

"Mən ona çox əziyyət çəkmişəm, rusdilli idi, saatlarla tələffüzü üzərində işləyirdim".

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti, "Lalə" qızlar  ansamblının bədii rəhbəri və yaradıcısı Ceyran Haşımova "Xoş gəldim" verilişində deyib.

O, vaxtilə bu ansamblda işləyən və onun köməyi sayəsində məşhurlaşan müğənnilərdən danışıb.

Onların içərisində bir tək xalq artisti Nisə Qasımovanın ona qarşı "nankor" çıxdığını, bir dəfə də olsun, onu yada salmadığını etiraf edib:

"Mən ona çox əziyyət çəkmişəm, rusdilli idi, saatlarla tələffüzü üzərində işləyirdim. Onu Zeynəb Xanlarovanın da yanına mən aparmışam.

Nisə ilə bəstəkar Ələkbər Tağıyevin evinə getmişik. Zeynəb Xanlarova Ələkbər Tağıyevə dedi ki, mən oxuyandan sonra həmin mahnıları verərsən, Nisə Qasımova da oxuyar.

Nankor adamdır, mən ona nə deyim ki... Haqqımı ona halal etmirəm. Heç vaxt da etməyəcəm. Çünki ona dünyanın zəhmətini çəkmişəm".

Milli.Az


Etiketlər:  Xalq artistlərinin HALALLIQ DAVASI Zeynəb Xanlarova Ələkbər Tağıyevə dedi ki


RƏYLƏR