Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya ordusunun daha bir generalı Ukraynada öldü

Rusiya ordusunun daha bir generalı Ukraynada öldü

Tarix: 4 Dekabr 2023 16:52

Rusiya ordusunun daha bir generalı Ukraynada həlak olub.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev öz teleqram kanalında yazıb.

Məlumata görə, Rusiya Şimal Donanmasının 14-cü Ordu Korpusunun komandirinin müavini, general-mayor Vladimir Zavadskinin Ukraynada həlak olub..

"Şimal Donanmasının 14-cü Ordu Korpusunun komandirinin müavini general-mayor Vladimir Zavadski xüsusi əməliyyat zonasında döyüş postunda həlak olub. 2021-ci ilin avqust ayına qədər o, 4-cü tank diviziyasına rəhbərlik edib", - o yazıb.

Milli.Az


Etiketlər:  Rusiya ordusunun daha bir generalı Ukraynada öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ