Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2023 17:54
Nazim Əfəndiyev Rusiyanın "Metalloinvest" şirkətinin baş direktoru vəzifəsindən istefa verib. Bundan sonra Direktorlar Şurasına rəhbərlik edəcək.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, onu Oleq Krestinin əvəzləyəcək.
Qeyd edək ki, Nazim Tofiq oğlu Əfəndiyev 1963-cü ildə Bakıda anadan olub. N.Əfəndiyev 2020-ci ildə "Metalloinvest" MMC İdarəetmə Şirkətinin baş direktoru təyin olunmuşdu.