Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2023 23:50
Xalq artisti Tünzalə Ağayeva növbəti dəfə geyimi ilə gündəmə səs salıb.
Sonxeber.net bizim media-ya istinadla xəbər verir ki, sənətçi iştirak etdiyi dəbdəbəli toy məclislərinin birinə qara, üzəri parıldayan "tulum"la qatılıb.
Diqqət çəkən məqam isə sözügedən geyimin dərin dekoltesi olub.
Əynini bəzəyən bu geyim Tünzaləni yenidən "dilə-dişə" salıb. Belə ki, açıq-saçıq geyimdə səhnədə ifasını təqdim etdiyi görüntüləri izləyiciləri ilə bölüşən Ağayevanı izləyicilər "tulum"a görə "asıb-kəsib"lər.
Lakin onlar arasında Xalq artistinə bu libası yaraşdıranlar da olub.
Qeyd edək ki, son zamanlar səhnə obrazını 180 dərəcə dəyişən Tünzalə Ağayevanın açıq-saçıq geyimlərdən istifadə etməsi sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib.