Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qalatasaray"ın məşhur futbolçusu Hadise ilə eşq yaşayırmış - FOTO

Tarix: 5 Dekabr 2023 11:30

Bir müddət "Qalatasaray"ın matçlarını izləməyə gedən məşhur müğənni Hadisə "Qalatasaray"ın mərakeşli ulduzu Hakim Ziyeçlə vurulub.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hadisənin "Qalatasaray" matçlarını izləməsinin səbəbi holland-mərakeşli futbolçu Hakim Ziyeçdir.

Hadisənin yaxın dost olduğu Dries Mertensin evində şam yeməyində görüşdükləri və yaxın ətraflarına "Eyni dildə danışırıq, bu dəfə tamamilə fərqliyik" dedikləri məlum olub.

İkilinin holland dilini bilməsi və Hadisənin davamlı olaraq "Qalatasaray" matçlarına getməsi, sarı-qırmızılıların qələbələrini tez-tez paylaşması münasibəti təsdiqləyir.

Milli.Az


Etiketlər:  Qalatasarayın məşhur futbolçusu Hadise ilə eşq yaşayırmış FOTO


RƏYLƏR