Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur müğənninin 1,7 milyon borcu var - FOTO

Məşhur müğənninin 1,7 milyon borcu var - FOTO

Tarix: 5 Dekabr 2023 13:06

Rusiyanın məşhur müğənnisi Valeri Meladzenin vergi xidmətinə 1,7 milyon rubl (təxminən 32 min manat) borcu var. 

Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, bu barədə "Baza" telegram kanalı məlumat yayıb. 

Bildirilib ki, Meladzenin bu yaxınlarda 275 min rubl (təxminən 5252 manat) borcu olsa da, dekabrın əvvəlində borc 1,7 milyon rubla yüksəlib. 

Kanal əlavə edib ki, bu, konsertlərinin yüksək qiymətləri ilə əlaqədardır. Məsələn, Meladzenin Yeni il şənliyinin dəyəri təxminən 80 min avrodur (təxminən 148 min manat). 

Qeyd edək ki, Valeri Meladze Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bir müddət sonra Rusiyanı tərk edib. Bu ilin yazında o da məlum olub ki, Rusiya Baş Prokurorluğu Moskva prokurorluğuna Ukrayna Silahlı Qüvvələrinin maliyyələşdirilməsi ilə bağlı Valeriyə qarşı yoxlama aparmağı tapşırıb.


Etiketlər:  Məşhur müğənninin milyon borcu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ