Çempionlar Liqasının qrup mərhələsində 4-cü turunda keçirilən
"Atalanta" - "Mançester Siti" ilə (1:1) oyununda maraqlı an
yaşanıb.
Qol.az xəbər verir ki, "şəhərlilər"in qapıçısı
Ederson Moraes zədələndiyi üçün fasilədə əvəzlənib. Meydana daxil olan Klaudio
Bravo isə 81-ci dəqiqədə qırmızı vərəqə almaqla oyunu tərk edib. Bu səsəbdən
baş məşqçi Pep Qvardiola Riyad Mahrezin əvəzinə müdafiəçi Kayl Uolkeri eydana
buraxıb. Uolker qarşılaşmanın qalan dəqiqələrində qapını qoruyub. O, cərimə
zərbəsindən endirilən zərbəni zərərsizləşdirməyi bacarıb.