Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Daha bir məktəbin müəllim və şagirdləri qızılcaya yoluxdu

Daha bir məktəbin müəllim və şagirdləri qızılcaya yoluxdu

Tarix: 5 Dekabr 2023 16:18

Paytaxtda, A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyində bir sinifdə 10 şagird və 1 müəllim qızılcaya yoluxub.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, hadisə sözügedən məktəbin rus bölməsi üzrə 1-ci sinfində qeydə alınıb.

Sinifdə tədrisin distant təhsilə keçib-keçməyəcəyi ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinin qərarı gözlənilir.

Milli.Az


Etiketlər:  Daha bir məktəbin müəllim şagirdləri qızılcaya yoluxdu


RƏYLƏR