Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Daha bir uşaq qızılcadan vəfat etdi

Daha bir uşaq qızılcadan vəfat etdi

Tarix: 5 Dekabr 2023 17:48

Neftçala rayonunun Aşağı Surra kəndində 10 yaşlı məktəbli qızılcadan ölüb.

Milli.Az xəbər verir ki, bu barədə "Report" məlumat yayıb. 

Kənd sakini - 2013-cü il təvəllüdlü Əliyeva Samirə Elxan qızı xəstəxanaya çatdırılsa da, həkiməqədər ölüm halı qeydə alınıb.

Yaxınlarının bildirdiyinə görə, o, bir həftə əvvəl qızılcaya yoluxub. Ailəsi onu ev şəraitində müalicə etməyə çalışıb. Lakin getdikcə vəziyyəti daha da ağırlaşıb. S.Əliyeva xəstəxanaya aparılan zaman yolda vəfat edib. Onun qardaşı da bir müddət əvvəl qızılcaya yoluxub və sağalıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Daha bir uşaq qızılcadan vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ