Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Premyer Liqada ilk ayrılıq

Premyer Liqada ilk ayrılıq

Tarix: 5 Dekabr 2023 18:20

İngiltərənin "Şeffild Yunayted" klubu baş məşqçisi Pol Hekinqbottomla yollarını ayırıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, komanda rəhbərliyi məşqçilər korpusunda yer alan Stüart Makkal və Mark Hudsonla da vidalaşıb.

Bu, Premyer Liqada mövsümün ilk ayrılığı olub.

46 yaşlı Hekinqbottom 2021-ci ilin noyabrında "Şeffild Yunayted"in "sükanı arxasına" keçmişdi. Komanda onun rəhbərliyi altında 2022/2023 mövsümündə Çempionşipdən Premyer Liqaya yüksəlib.

Qeyd edək ki, "Şeffild Yunayted" XIV turdan sonra Premyer Liqada 5 xalla son pillədə yer alıb.

Milli.Az


Etiketlər:  Premyer Liqada ilk ayrılıq


RƏYLƏR