Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərəb ölkələri İsrailə gizli dəstək verir – “Ekonomist”

Ərəb ölkələri İsrailə gizli dəstək verir – “Ekonomist”

Tarix: 5 Dekabr 2023 22:58

Ərəb ölkələri HƏMAS-la münaqişədə İsrailə gizli dəstək verir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın "Ekonomist" (The Economist) jurnalının və İsrailin "Haaretz" qəzetinin nəşrlərində qeyd olunur.

İddia edilib ki, ərəb liderlər İsrailin HƏMAS-ı məğlub edəcəyinə ümid edirlər, çünki onlar radikal Fələstin hərəkatını daxili siyasi sabitliyə təhlükə kimi görürlər.

Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 50-dən çox liderinin bu yaxınlarda Ər-Riyadda keçirilən görüşündə İran və digər liderlər HƏMAS-ı dəstəkləməyi, o cümlədən silah tədarükü və İsrailə qarşı sanksiyalar tətbiq etməyi təklif ediblər. Lakin bu təkliflər rədd edilib.

Bundan əlavə, Səudiyyə Ərəbistanı və digər ölkələr neftdən İsrailə qarşı silah kimi istifadə etməkdən imtina edərək, 1973-cü il Yom Kippur müharibəsi zamanı qəbul edilən yanaşmadan uzaqlaşıblar.

Milli.Az


Etiketlər:  Ərəb ölkələri İsrailə gizli dəstək verir Ekonomist


RƏYLƏR