Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UEFA AFFA-nı 6000 avro cərimələdi

UEFA  AFFA-nı 6000 avro cərimələdi

Tarix: 6 Dekabr 2023 12:20

UEFA Azərbaycanın əsas millisinə görə AFFA-nı cərimələyib.

Milli.Az report-a istinadən xəbər verir ki, buna yığmanın evdə Avstriyaya qarşı keçirdiyi AVRO-2024-ün seçmə mərhələ oyunu səbəb olub.

Komandanın 5 üzvü sözügedən matçda sarı vərəqə aldığı üçün milli assosiasiya 6000 avro ödəməlidir.

Qeyd edək ki, görüş Avstriyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Milli üzvlərindən Coşqun Diniyev, Anton Krivotsyuk, Toral Bayramov, Şahrudin Məhəmmədəliyev və Ramil Şeydayev sarı vərəqə ilə cəzalandırılıb.

Milli.Az


Etiketlər:  UEFA AFFA 6000 avro cərimələdi


RƏYLƏR