Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Əhalinin sıx toplaşdığı ərazilər, təhsil ocaqları nəzarətə götürülüb''

''Əhalinin sıx toplaşdığı ərazilər, təhsil ocaqları nəzarətə götürülüb''

Tarix: 7 Dekabr 2023 15:32

Zəlzələdən sonra polis gücləndirilmiş iş rejiminə keçib. Bu dəqiqələrə qədər DİN-ə dağıntılarla bağlı məlumat daxil olmayıb.

Sonxeber.net manset.az-a istinadən xəbər verir ki, bunu dekabrın 7-də Xəzər dənizində baş vermiş zəlzələ ilə dair brifinqdə DİN-in Mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib.

O bildirib ki, əhalinin sıx toplaşdığı ərazilər, təhsil ocaqları zəlzələ baş verdiyi andan polis əməkdaşları tərəfindən nəzarətə götürülüb.

"Bütün zəruri addımlar atılıb. Vətəndaşları belə hallarda təmkinli olmağa çağırırıq", - deyə o qeyd edib.

Oğurluq hallarının olub-olmaması ilə bağlı sualı cavablandıran Elşad Hacıyev deyib ki, belə bir fakt qeydə alınmayıb


Etiketlər:  Əhalinin sıx toplaşdığı ərazilər təhsil ocaqları nəzarətə götürülüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ