Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Paşinyandan hərbçilərin azad edilməsi ilə bağlı paylaşım - FOTO

Paşinyandan hərbçilərin azad edilməsi ilə bağlı paylaşım - FOTO

Tarix: 7 Dekabr 2023 23:14

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, bununla bağlı Ermənistanln Baş Naziri Nikol Paşinyan X-də paylaşım edib.

"Humanizm dəyərlərinə əsaslanan və xoşməramlı jest olaraq Azərbaycan tərəfi 32 erməni hərbi qulluqçusunu azad edir. Öz növbəsində Ermənistan tərəfi də 2 Azərbaycan hərbi qulluqçusunu azad edir", - deyə Paşinyan bildirib.

Qeyd edək ki, razılaşmaya əsasən hazırda Ermənistanın əsir kimi saxlanılan azərbaycanlı hərbçilər Bəbirov Aqşin və Axundov Hüseyn azad ediləcək.

Milli.Az


Etiketlər:  Paşinyandan hərbçilərin azad edilməsi ilə bağlı paylaşım FOTO


RƏYLƏR