Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2023 23:58
Türkiyənin Bursa şəhərində bir neçə gün əvvəl baş verən 5,1 bal gücündə zəlzələnin fəsadları Bursa və rayonları başda olmaqla İstanbul, Yalova və Kocaelidə hiss olunmaqda davam edir. Hadisədən sonra sosial mediada yayılan bir görüntü müzakirə obyektinə çevrilib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verirki, episentri Gemlik körfəzi olan zəlzələ zamanı dənizdə maraqlı görüntü qeydə alınıb.
Gemlik körfəzi sahilinə çıxışı olan Mudanya mahalının Kumyaka məhəlləsində bir iş yerinin işlək vəziyyətdə olan təhlükəsizlik kamerası zəlzələ anında baş verənləri qeydə alıb.
Görüntülərdə dənizin ortasından ağ tüstü çıxdığı əks olunub. Bu kadrlar sosial şəbəkələrdə gündəm olub.