Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2019 11:08
2020-ci ildə keçiriləcək Avropa çempionatının rəsmi topunun təqdimat mərasimi olub.
Qol.az xəbər verir ki, qitə birinciliyində istifadə olunacaq top “Uniforia” adlanır və əsas rəngi ağdır. Amma topun üzərində müxtəlif rəngli çalarlar da var.
Qeyd edək ki, Avro-2020-nin matçları 12 şəhərdə, o cümlədən Azərbaycanın paytaxtı Bakıda keçiriləcək. Bakı Olimpiya Stadionu qrup mərhələsinin üç, 1/4 finalın 1 matçına ev sahibliyi edəcək.