Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2023 10:48
"Naxçıvan Sığorta" şirkəti ləğv edilir, onun portfeli "Atəşgah Sığorta" şirkətinə ötürülür.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə sığorta şirkətindən bildirilib. Qeyd edilib ki, sığorta şirkətinin ləğvi ilə əlaqədar onun öhdəlikləri dekabrın 15-dən etibarən "Atəşgah Sığorta" şirkətinə ötürülür.
APA-nın Naxçıvan bürosunun məlumatına görə, bu barədə bu gün səhər saatlarından müştərilərə sms bildirişləri də göndərilir.
Qeyd edək ki, "Naxçıvan Sığorta" şirkətinin 100% səhmdarı "Naxçıvan Bank"dır.