Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Növbəti humanitar yardım Ukraynaya göndərildi - FOTO

Növbəti humanitar yardım Ukraynaya göndərildi - FOTO

Tarix: 8 Dekabr 2023 11:00

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 iyul tarixli sərəncamına uyğun olaraq Ukrayna xalqına humanitar yardım göstərilməsi məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarının növbəti hissəsi bu gün göndərilib.

Energetika Nazirliyindən Milli.Az-a bildirilib ki, Sumqayıt Texnologiyalar Parkının ərazisindən 20 TIR-dan ibarət yük avtomobili karvanı ilə yola salınan humanitar yardıma 551 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 6 ədəd komplekt transformator məntəqəsi daxildir.

Xatırladaq ki, ümumi məbləği 7.6 milyon ABŞ dolları olan sözügedən humanitar yardımın ilk hissələri cari ilin 30 oktyabr və 21 noyabr tarixlərində Ukraynaya göndərilib. Növbəti hissələrin yaxın müddət ərzində göndərilməsi planlaşdırılır.

Milli.Az


Etiketlər:  Növbəti humanitar yardım Ukraynaya göndərildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ