Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2019 11:28
Bakı. Trend:
ABŞ-a məxsus F-16 qırıcısı Yaponiyada təlim uçuşu zamanı səhvən raket buraxıb.
Trend-in məlumatına görə, raket Misava şəhərində uçuş poliqonundan 5 kilometr məsafədə düşüb.
İnsident nəticəsində hər hansı bir fəsad və ya xəsarət alanların olması barədə məlumat daxil olmayıb.
Hazırda hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin