Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2023 18:40
Ukraynanın paytaxtı Kiyevdə metronu su basıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Klymenko Time" teleqram kanalı məlumat yayıb.
İlkin məlumata görə, buna səbəb tuneldə təzyiqin azalması və suyun relslərə axması olub.
Kiyev şəhər administrasiyası açıqlama yayıb ki, "Demeevskaya" və "Teremki" stansiyaları arasında qatarlar altı ay ərzində hərəkət etməyəcək - bu müddət tunelin təmiri üçün ayrılıb.