Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2023 14:08
Argentinanın prezidenti seçilən ifrat sağçı Xavyer Mileyin iti Konanı klonlaşdırdığı məlum olub.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, köpəyi Konanın hüceyrələrini ABŞ-ın PerPETuate klonlama şirkətinə göndərən Miley klonlaşdırma nəticəsində 5 bala sahibi olub . Miley beş baladan birinə Konan adını verib. Digər dördünə isə heyran olduğu iqtisadçıların - Milton Fridman, Murray Rothbard, Robert və Lukasın adlarını verib.
Miley deyir ki, 2017-ci ildə qondarma qəhrəman Konan Barbarın şərəfinə adlandırdığı çoban iti Konanın ölümü ona çox təsir edib:
"Həyatımda çox pis anlar yaşadım və yanımda olan yeganə insanlar bacım və Konan idi. Miley bir vasitənin köməyi ilə ölü və diri - bütün itləri ilə ünsiyyət qurduğunu iddia edir.
"Dəli adlandırılmaqla bağlı nə fikirləşirsiniz" sualına Miley, "Dahi ilə dəli arasındakı fərq uğurdur" cavabını verib. İfrat sağçı siyasətçi noyabrın 19-da keçirilən seçkilərdən sonra Argentinanın prezidenti seçilib .