Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Dinozavrlar olmasaydı, insan yüz ildən çox yaşaya bilərdi''

''Dinozavrlar olmasaydı, insan yüz ildən çox yaşaya bilərdi''

Tarix: 9 Dekabr 2023 17:12

İnsan əcdadları dinozavrlar tərəfindən yeyilməmək üçün gecə həyat tərzi keçirəndə qocalma əleyhinə mühüm molekulları itiriblər.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bununla bağlı tədqiqat "BioEssays" jurnalında dərc olunub.

Məməlilərin (insanlar da daxil olmaqla) və sürünənlərin nə qədər tez qocalması arasında nəzərəçarpacaq fərq var. Birmingem Universitetindən alim Joao Pedro de Magalhaes, bu uyğunsuzluğun milyonlarla il əvvəl, məməlilərin inkişafında kritik bir dövrdə dinozavrların hökmranlığı ilə bağlı ola biləcəyini təxmin edib.

Nəşr edilən araşdırmada qeyd olunur ki, dinozavrlar dövründə insan əcdadları ultrabənövşəyi işığın vurduğu zədələri bərpa edən fotoliazları, fermentləri itirmiş kimi görünür. Bu itki məməlilərin gecə həyat sürməsi səbəbindən baş vermiş ola bilər.

Həmçinin, dinozavrların dövründə məməlilərin uzun yaşamaqdansa, tez çoxala bilməsi daha vacib idi. Buna görə də təbii seçmə uzunömürlülüklə əlaqəli genlərin itirilməsinə səbəb olub.

Bu, sadəcə bir fərziyyə olsa da, gələcəkdə xərçəngin məməlilərdə niyə daha çox yayıldığını izah etmək mümkün ola bilər. Bundan əlavə, qocalmağa səbəb olan faktorların daha yaxşı başa düşülməsi demans və insult daxil olmaqla, yaşa bağlı xəstəliklərlə mübarizəni yaxşılaşdıra bilər.


Etiketlər:  Dinozavrlar olmasaydı insan yüz ildən çox yaşaya bilərdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ