Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranda güclü yanğın - 3 anbar PARTLADI

İranda güclü yanğın - 3 anbar PARTLADI

Tarix: 11 Dekabr 2023 00:28

İranın Cənubi Xorasan əyalətində neft emalı zavodunda güclü yanğın baş verib.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Yanğın nəticəsində yüksək temperaturun təsiri altında qaz kondensatı olan 3 anbar partlayıb. Yerli hakimiyyət fabrikin və ətraf ərazilərin təxliyyə edildiyini açıqlayıb.

Yanğının söndürülməsi üçün fövqəladə hallar xidmətləri, İran Qızıl Aypara Cəmiyyətinin bölmələri, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun bölmələri səfərbər edilib.

Ölən və yaralananlarla bağlı məlumat verilməyib.

Milli.Az


Etiketlər:  İranda güclü yanğın 3 anbar PARTLADI


RƏYLƏR