Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2023 08:28
Türkiyənin hakimiyyət orqanları 2024-cü ilin əvvəlində İstanbulun mənzil fondunun yenilənməsi planını həyata keçirməyə başlayacaq.
Sonxeber.net Publika.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki bildirib.
"Maksimum 10 gün ərzində təmir planını hökumətin iclasında təqdim edəcəyəm. Bütün lazımi normativ aktları 15-20 gün ərzində hazırlayacağıq və gələn ilin əvvəlində həmvətənlərimizə proqramın başladığını elan edə biləcəyik", - deyə nazir bildirib.
Qeyd edək ki, bu təşəbbüsün mümkün güclü zəlzələyə hazırlıq məqsədilə həyata keçirilməsi planlaşdırılır.