Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2023 20:45
Son olaraq "Veda Mektubu" serialında canlandırdığı "Alanur Yıldız" obrazı ilə adından söz etdirən məşhur aktrisa Nurgül Yeşilçay arıqlayaraq fit görünüş qazanıb. Aktrisa dərin yarıqlı libasda poza verərək adından söz etdirib.
Sonxeber.net xəbər verir ki, aktrisa qalmaqal yaradan fotosunu sosial media hesabında paylaşıb.
Uğurlu aktyorluğu ilə yanaşı gözəlliyi ilə də diqqət çəkən Nurgül Yeşilçay sosial media paylaşımları ilə daim gündəmdədir. 47 yaşlı Nurgül Yeşilçay arıqladıqdan sonra tamamilə dəyişib. Necə arıqladığını açıqlayan, şirniyyat və şokoladdan uzaq qaldığını bildirən məşhur aktrisa, səhər oyandıqdan sonra ilk 4 saat yemək yemədiyini bildirib.
"Dostlar, bildiyiniz kimi, çalışıram ki, çox ac qalım. Alışana qədər çox çətin idi. Səhər oyandıqdan sonra dörd saat ac qalırsan, sonra yemək yeyirsən. Mümkün qədər şirniyyat və şokolad yeməyin", - deyə Yeşilçay bildirib.
Mahmud