Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ramiz Novruzun gəlini OD PÜSKÜRDÜ: "O insan dil uzadar ki..." - FOTOlar

Ramiz Novruzun gəlini OD PÜSKÜRDÜ:

Tarix: 12 Dekabr 2023 15:00

Xəbər veriyimiz kimi, mərhum xalq artisti Ramiz Novruzun qızı Şəfəq Novruz sosial media hesabında video paylaşaraq ad çəkmədən ailəsinə aid bir şəxsin ünvanına ismarış göndərib.

Milli.Az Teleqraf.com-a istinadla xəbər verir ki, həmin şəxsin Şəfəq Novruzun qardaşı Nəriman Novruzun həyat yoldaşı Əzizə Novruzova olduğu iddia edilib.

Belə ki, Əzizə Novruzova İnstaqramda hekayə bölümündə bu sözləri yazıb: "Elin gözü tərzidir. Hər kəs öz mədəniyyət və tərbiyəsinə görə davranır. Mən sizə sübut, detallarla açıqlama verəcəm ki, kim kimdir. Bu gün susqunluğum boş yerə deyil, sadəcə izləmək idi. Mən heç vaxt baş qoşmamışam, yola vermişəm ki, ayıbdır. Səviyyəmi itirməyim, sakit durub kənardan izləyib gülmüşəm. Çünki ən gözəl cavab susmaqdır. Amma indi az da olsa açıqlama verməliyəm, çünki dil uzatdılar. O insan dil uzadar ki, özü, qızı ağ kağız olsun. Bunu sizə sosial şəbəkədə canlıda sübutla danışacam".

Qeyd edək ki, Şəfəq Novruz isə sosial media hesabında qarşı tərəfin canlı yayım açacağı təqdirdə o da canlıya qoşulacağını vurğulayıb: "Eşitdiyimə görə maraqlı canlı olacaq, özü də ikitərəfli. Eyni zamanda bizi də sosial şəbəkədə canlıda gözləyin. Bütün böhtanlara cavab verəcəm, onun öz gözünün qabağında gül kimi böyüdüyü uşağa atılan ləkələrə cavabını verəcəm".

Milli.Az


Etiketlər:  Ramiz Novruzun gəlini OD PÜSKÜRDÜ O insan dil uzadar ki FOTOlar


RƏYLƏR