Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2023 22:44
Finlandiya hökuməti bu həftə Rusiya ilə sərhəddə böyük keçid məntəqələrini açmağı planlaşdırır.
Sonxeber.net Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Finlandiyanın "İlta-Sanomat" nəşri rəsmi mənbələrə istinadla məlumat yayıb.
"Hökumət Finlandiyanın cənub-şərqində, Valima, Nuyama və İmatrada nəzarət-buraxılış məntəqələrinin açılması ilə bağlı qərar qəbul etmək niyyətindədir", - məlumatda deyilir.
Rəsmi Helsinkinin qərarı tezliklə elan edəcəyi bildirilir.
Noyabrın 30-da Finlandiya hökuməti Suriya, Hindistan, Mərakeş və digər ölkələrdən olan qaçqınların nəzarətsiz axını səbəbindən Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlamışdı.