Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail HƏMAS-ı suda boğmağa başladı

İsrail HƏMAS-ı suda boğmağa başladı

Tarix: 13 Dekabr 2023 00:08

İsrail ordusu Qəzza zolağında yeraltı tunellər sisteminə dəniz suyunu vurmağa başlayıb.

Sonxeber.net Publika.az-a istinadən xəbər verir ki, bu barədə Amerikanın "The Wall Street Journal" (WSJ) qəzeti ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

İsrail ordusunun məlumatına görə , bu tunellər şəbəkəsi Fələstinin radikal HƏMAS hərəkatının yaraqlıları tərəfindən istifadə olunur. Tunellərin su basması əməliyyatının bir neçə həftə çəkə biləcəyi dəqiqləşdirilir.

WSJ-nin məlumatına görə, bu, HƏMAS-ın infrastrukturunu məhv etməyə yönəlmiş üsullardan biridir.

Qeyd edək ki, dekabrın 11-də İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, Qəzzanın şimalı "dönüş nöqtəsində"dir. O bildirib ki, HƏMAS-ın qalaları dağılmaq ərəfəsindədir.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında HƏMAS və FƏTH-in ( Fələstin Milli Azadlıq Hərəkatı ) idarə etməsinə icazə verməyəcəyinə söz verib.


Etiketlər:  İsrail HƏMAS suda boğmağa başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ