Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2023 11:20
Qəzza zolağındakı qaçqın düşərgələrində ən azı 360 min nəfər müxtəlif yoluxucu xəstəliklərə yoluxub.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İsrail hərbi əməliyyatları nəticəsində sığınacaqda sıxlıq yaranıb, hazırda orada 1,9 milyona yaxın insan var:
"Ümumdünya Səhiyyə Təşkilatı sığınacaqda meningit, suçiçəyi, sarılıq və yuxarı tənəffüs yollarının infeksiyaları halları qeydə alıb. Qəzza zolağındakı 36 xəstəxanadan yalnız 11-i xəstələri məhdud şəkildə qəbul etməyə davam edir. Fələstin anklavının şimalında isə sadəcə bir tibb müəssisəsi qismən fəaliyyət göstərir".