Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rihannadan türk pərəstişkarlarını sevindirəcək xəbər

Rihannadan türk pərəstişkarlarını sevindirəcək xəbər

Tarix: 13 Dekabr 2023 18:50

Daha əvvəl də dəfələrlə Türkiyədə olan və verdiyi konsertlərlə hər kəsi heyran edən Rihannadan daha bir sürpriz gəlib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rihannanın fevral ayında xüsusi bir təşkilat üçün İstanbulda pərəstişkarları ilə görüşəcəyi bildirilir.

Ötən gün dünyaca məşhur menecer Mani Nordine İstanbula xüsusi qonaq kimi gəlib.

Bir müddətdir İstanbulda danışıqlar aparan Nordine Rihannanı İstanbula gətirəcək. Dünya şöhrətli ulduz müğənni fevralda xüsusi təşkilatda iştirak edəcək.

Bir müddət İstanbulda qalacaq məşhur menecer Mani Nordine intensiv görüşlər keçirəcək.

Milli.Az


Etiketlər:  Rihannadan türk pərəstişkarlarını sevindirəcək xəbər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ