Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Ukraynanın “B planı” yoxdur” - Zelenski

“Ukraynanın “B planı” yoxdur” - Zelenski

Tarix: 13 Dekabr 2023 19:12

"Ukraynanın "B planı" yoxdur".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Norveçə səfəri zamanı bildirib.

O, Ukraynanın avropalı tərəfdaşlarının bütün tələb və tövsiyələrini yerinə yetirdiyini təsdiqləyib.

"Ukrayna bu və ya digər dövlətə danışıqların başlanmasına mane olmaq şansı verməmək üçün hər şeyi etdi", - deyə Zelenski vurğulayıb.

Zelenski qeyd edib ki, Rusiya təkcə Avropada deyil, digər qitələrdə də ölkələrə təsir göstərməyə başlayıb:

"Ona görə də müsbət nəticə olmasa, bu, Putinin veto qoyduğunu göstərəcək. Bizim "B planı"mız yoxdu, yalnız bir planımız var. Aİ-də olmaq bizim seçimimizdir".

Milli.Az


Etiketlər:  Ukraynanın B planı yoxdur Zelenski


RƏYLƏR