Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Çox darıxıram, ata'' - FOTO

''Çox darıxıram, ata'' - FOTO

Tarix: 14 Dekabr 2023 14:35

Əməkdar artist Rəşidə Behbudova atası, əfsanəvi müğənni Rəşid Behbudovla bağlı paylaşım edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, R.Behbudova atasının fotosunu yayımlayaraq onun ad günü olduğunu yazıb:

"Canım, sevimli atam, doğum günün mübarək. Sən mənim, bizim və Azərbaycanın fəxrisən. Çox darıxıram, ata, çox... Amma adın, ruhun, dəstəyin həmişə mənimlədir. Və anam yaxındır. Mənim gözümdə, ruhumda, ürəyimdə sənin və onun surətidir. Doğum günün mübarək, təkrarsız maestrom, musiqi ustadım, Rəşid Behbudovum".

Qeyd edək ki, R.Behbudovun anadan olmasının 108 ili tamam olur. 

Milli.Az


Etiketlər:  Çox darıxıram FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ