Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İcma: Bu, Ermənistanın sülh müqaviləsinin imzalanması prosesini yubatdığını göstərir

İcma: Bu, Ermənistanın sülh müqaviləsinin imzalanması prosesini yubatdığını göstərir

Tarix: 14 Dekabr 2023 16:03

Ermənistan rəsmilərinin son günlər sülh müqaviləsinin imzalanması üçün "3 prinsipə riayət olunması", "qoşunların sərhəddən geri çəkilməsi", "beynəlxalq qarant mexanizmi" barədə dedikləri fikirlər bu ölkənin sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını, müxtəlif süni maneələrlə prosesi yubatdığını göstərir.

Sonxeber.net xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib. 

Bəyanatda, həmçinin deyilir: "Görünür, bunun səbəbi Fransa başda olmaqla, xarici ölkələrdən alınan silahların və Avropa İttifaqının bu ölkədəki missiyasının sayının artırılmasının Ermənistana verdiyi güvəndir.

Ermənistan sülh müqaviləsinin imzalanması üçün şərtlər irəli sürmək kimi qeyri-konstruktiv yanaşmadan əl çəkməlidir".


Etiketlər:  İcma Ermənistanın sülh müqaviləsinin imzalanması prosesini yubatdığını göstərir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ