Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldodan "Əl-Nəsr"lə bağlı ETİRAF: "Peşmanam"

Ronaldodan

Tarix: 14 Dekabr 2023 18:16

Kriştiano Ronaldo hazırki klubu "Əl-Nəsr"lə bağlı yeni açıqlama verib.

Milli.Az lent.az-a istinadla bildirir ki, ulduz futbolçunun açıqlaması hər kəsi təəccübləndirib. Belə ki, futbol həvəskarları və peşəkarlar Ronaldonun ərəb klubuna getdiyinə görə peşman olacağını idda edirdilər.

Lakin Ronaldonun etiraf xarakterli açıqlaması gözlənilməz olub. Hücumçu, "Daha əvvəllər Əl-Nəsr-i tanıyıb bu kluba keçmədiyim üçün peşmanam" deyə fikir bildirib.

Qeyd edək ki, oyunçunun ərəb klubu ilə müqaviləsi 2025-ci ilə qədərdir. O, bu sezon çıxış etdiyi 22 oyunda 20 qol vurub və 10 məhsuldar ötürmə edib.

Milli.Az


Etiketlər:  Ronaldodan Əl Nəsrlə bağlı ETİRAF Peşmanam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ