Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2023 11:05
Türkiyəli aktyor Tarık Emir Tekin "Yalı çapkını" serialında birgə rol aladığı aktrisa Afra Saraçoğlu ilə münasibətdə olmaları ilə bağlı iddialara cavab verib.
Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şevval Sam və Metin Tekinin oğlu Tarık Emir Tekin "Yalı Çapkını" serialındakı tərəf müqabili Afra Saraçoğlu ilə sevgili olması xəbərinə cavab verib.
Tekin "Belə şərhlər etməyə utanıram. Bu dedi-qodu şəxsi həyatımla əlaqədardırsa, deyə bilərəm ki, Afra ilə aramda heç bir şey yoxdur. Biz o çəkilişdə çox yaxşı dostuq, həftənin 6 günü birlikdə işləyirik " deyib.