Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kanada bu ölkədə hava hücumundan müdafiə sistemləri yerləşdirəcək

Kanada bu ölkədə hava hücumundan müdafiə sistemləri yerləşdirəcək

Tarix: 15 Dekabr 2023 18:50

Kanadanın milli müdafiə naziri Bill Bler latviyalı həmkarı Andris Spruds ilə görüşdən sonra bildirib ki, ölkəsi 2024-cü ildə Latviyada helikopterlər, qısa mənzilli hava hücumundan müdafiə sistemləri və PUA əleyhinə sistemlər yerləşdirəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə LETA agentliyi məlumat yayıb.

B.Bler bildirib ki, Kanada təcili surətdə NATO-nun Latviyadakı hərbi heyəti üçün 32 milyon ABŞ dolları dəyərində mobil tank əleyhinə raket sistemlərinin alınmasını təşkil edir.

Hazırda Latviyada 1000-ə yaxın kanadalı hərbçi var və 2026-cı ilə qədər onların sayının 2200-ə çatdırılması planlaşdırılır. NATO-nun Latviyadakı briqadasının 2026-cı ilə qədər tam döyüş hazırlığına çatacağı gözlənilir.

Milli.Az


Etiketlər:  Kanada bu ölkədə hava hücumundan müdafiə sistemləri yerləşdirəcək


RƏYLƏR