Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2023 19:30
ABŞ və Finlandiya arasında bağlanmış müdafiə sazişi Rusiya üçün təhlükə yaradacaq.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
"Bu baxımdan biz ancaq təəssüflənə bilərik, çünki Finlandiya ilə əla münasibətlərimiz var idi və heç kim heç kimə hədə-qorxu gəlməyib, heç bir problem olmayıb, bir-birimizə qarşı heç bir iddiamız olmayıb, heç kim bir-birinin maraqlarını pozmayıb, qarşılıqlı hörmət var idi.
Təbii ki, yeni müdafiə müqaviləsi Rusiya ilə Finlandiya arasında gərginliyin artmasına gətirib çıxaracaq", deyə Peskov bildirib.