Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hindistan Ermənistana “Akaş” zenit-raket kompleksləri satdı

Hindistan Ermənistana “Akaş” zenit-raket kompleksləri satdı

Tarix: 15 Dekabr 2023 21:36

Hindistanın Ermənistana "Akaş" zenit-raket komplekslərini satıb.

Sonxeber.net Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə "EurAsianTimes" nəşri yazıb.

"Akaş" Hindistanın "Bharat Dynamics Limited" (BDL) şirkəti tərəfindən istehsal olunan, həssas əraziləri və nöqtələri hava hücumlarından qorumaq üçün nəzərdə tutulmuş qısa mənzilli zenit-raket kompleksidir. İstehsalçının vebsaytına əsasən, mobil platformalarda yerləşdirilən bu hava hücumundan müdafiə sistemi 4-25 kilometr radiusda helikopterləri, döyüş təyyarələrini və pilotsuz uçuş aparatlarını (PUA) effektiv şəkildə vurmağa qadirdir.

"EurAsianTimes yazır" ki, "Akaş" "Bakı tərəfindən istifadə edilən silahlı PUA-larla mübarizə aparmaq üçün İrəvanın ehtiyaclarına ideal şəkildə uyğundur. Amma Ermənistan bununla kifayətlənmir. O, Hindistandan kamikadze dronlar, "hava-yer" və "yer-yer" raketləri almaqda da maraqlıdır".


Etiketlər:  Hindistan Ermənistana Akaş zenit raket kompleksləri satdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ